ABŞ Senatında İran qətnaməsi rədd edildi

ABŞ Senatı İrana qarşı həyata keçirilən hücumların dayandırılmasını tələb edən qətnaməni rədd edib.
Səsvermədə 50 senator sənədin əleyhinə, 49 senator isə lehinə səs verib.
Respublikaçı senatorların böyük əksəriyyəti qətnaməyə qarşı çıxıb. Demokratlardan yalnız Pensilvaniya senatoru Con Fetterman sənədin əleyhinə səs verib.
Qətnamə bundan əvvəl iyul ayında Nümayəndələr Palatasında 214-208 səs nisbəti ilə qəbul edilmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.