AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tokayev Xəzərdə hərbçilərin ölümündən sonra Müdafiə Nazirliyində kompleks yoxlama üçün komissiya yaradıb

  • + A
  • - A
  • Bu gün, 18:00

    Tokayev Xəzərdə hərbçilərin ölümündən sonra Müdafiə Nazirliyində kompleks yoxlama üçün komissiya yaradıb

    Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin Müdafiə Nazirliyində kompleks yoxlama üçün komissiya yaradıb.

    Müvafiq sərəncam Akordanın saytında dərc olunub.

    Yoxlama Müdafiə Nazirliyindəki işlərin vəziyyətini, o cümlədən hərbi bölmələrin maliyyə və maddi-texniki təminatını əhatə edəcək.

    Komissiyaya Qazaxıstan Təhlükəsizlik Şurası sədrinin müavini Aida Balayeva rəhbərlik edir. Onun müavini isə Ali Auditorlar Palatasının sədri Əlixan Smailov təyin edilib.

    Komissiyanın tərkibinə həmçinin Prezident Administrasiyası rəhbərinin müavini Yerjan Jiyenbayev, Maliyyə Monitorinqi Agentliyinin sədri Janat Elimanov, Təhlükəsizlik Şurası Aparatının rəhbəri Murat Baymukaşev, maliyyə naziri Madi Takiyev, Baş prokurorun birinci müavini Jandos Umiraliyev, Milli Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini Əli Altınbayev və milli iqtisadiyyat nazirinin birinci müavini Azamat Amrin daxil edilib.

    Xatırladaq ki, sentyabrın 24-də Qazaxıstanda Xəzərdə təlimlər zamanı havanın kəskin pisləşməsi səbəbindən hərbçiləri axın aparıb, 14 nəfər həlak olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR