Tramp Zelenskinin Rusiyadakı neft emalı zavodlarına zərbələri azaltmasını istəyib

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışaraq Rusiyadakı neft emalı zavodlarına (NEZ) endirilən zərbələrin intensivliyini azaltmasını xahiş etdiyini bildirib.
Tramp İllinoys ştatında jurnalistlərə açıqlamasında deyib:
“Bu, maraqlı problemdir. Prezident Zelenski ilə danışdım və ona NEZ-lərə daha az zərbə endirməsinin lazım olduğunu söylədim”.
ABŞ prezidenti Zelenskinin buna cavab olaraq “yəqin ki, belə də edəcəyik” dediyini bildirib.
Tramp söhbətin nə vaxt baş tutduğunu açıqlamayıb.
O, həmçinin dünya üzrə dizel yanacağının çatışmazlığının Yaxın Şərqdəki hadisələrdən deyil, məhz Rusiyanın neft emalı zavodlarına endirilən zərbələrdən qaynaqlandığı barədə mövqeyini yenidən ifadə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.