Tramp Zelenskidən zərbələri azaltmağı istəyib

Ukrayna lideri ABŞ prezidentinin xahişinə müsbət cavab verib
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskidən Rusiyadakı neft emalı zavodlarına endirilən zərbələrin intensivliyini azaltmağı xahiş edib.
Xarici mətbuata istinadən xəbər verilir ki, Tramp bunu İllinoys ştatında jurnalistlərə açıqlamasında deyib.
“Prezident Zelenski ilə danışdım və ona neft emalı zavodlarına daha az zərbə endirməli olduğunu dedim”, - Tramp bildirib.
Onun sözlərinə görə, Zelenski bu xahişə müsbət cavab verib: “Yəqin ki, belə də edəcəyik”, - Ukrayna lideri deyib.
Tramp söhbətin nə vaxt baş tutduğunu açıqlamayıb. ABŞ Prezidenti, həmçinin dünyada dizel yanacağının çatışmazlığının Yaxın Şərqdəki hadisələrdən deyil, məhz Rusiyadakı neft emalı zavodlarına endirilən zərbələrdən qaynaqlandığını bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.