AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bloomberg: İran ABŞ-la münaqişənin Konqres seçkilərindən sonra yenidən kəskinləşəcəyini gözləyir

  • + A
  • - A
  • Dünən, 21:30

    Bloomberg: İran ABŞ-la münaqişənin Konqres seçkilərindən sonra yenidən kəskinləşəcəyini gözləyir


    İran hakimiyyəti ABŞ-da noyabrın 3-də keçiriləcək aralıq Konqres seçkilərindən sonra ABŞ-la münaqişənin daha da kəskinləşməsi ehtimalını yüksək qiymətləndirir. Tehran həmçinin səsverməyə qədər hərbi əməliyyatların dayandırılması və Hörmüz boğazında sərbəst gəmiçiliyin bərpası ilə bağlı razılaşmanın əldə olunacağına ümid etmir. Bu barədə Bloomberg mənbələrinə istinadən məlumat yayıb.

    Agentliyin məlumatına görə, İran rəsmiləri qeyri-rəsmi söhbətlərdə seçkilərə qədər razılaşmanın əldə olunması perspektivlərinə pessimist yanaşırlar. Tərəflər arasında ötən həftə BMT Baş Assambleyasının sessiyası çərçivəsində keçirilən danışıqlar isə ciddi nəticə verməyib.

    Bloomberg yazır ki, Tehran noyabrın 3-də keçiriləcək səsvermədən sonra münaqişənin eskalasiyası ehtimalını yüksək hesab edir.

    Bu arada İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-da qalaraq Pakistan və Qətərin vasitəçiliyi ilə danışıqları davam etdirir. Bazar ertəsi bu ölkələrin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə ABŞ tərəfi iştirak etməyib.

    İran daha əvvəl Hörmüz boğazının yeddi gün ərzində açılmasını təklif edib. Bunun müqabilində Tehran dəniz blokadasının aradan qaldırılmasını və neft ixracına qoyulan məhdudiyyətlərin ləğvini istəyib. Lakin sentyabrın 27-də ABŞ Prezidenti Donald Tramp İranın bu şərtlərini rədd edib.
    İran Xarici İşlər Nazirliyi isə tələblərindən geri çəkilməyəcəyini bildirib. Əraqçinin sözlərinə görə, Hörmüz boğazının açılması yalnız İranın irəli sürdüyü şərtlərin yerinə yetirilməsindən sonra mümkün ola bilər.
    Hazırda ABŞ və İran arasında danışıqların əsas mövzularından biri Hörmüz boğazının yenidən açılmasıdır. Vasitəçilər tərəflər arasında razılaşma əldə etməyə çalışsalar da, əsas məsələlər üzrə fikir ayrılıqları qalır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR