Möhsün Yazıcıoğlunun işi üzrə 36 həbs

Türkiyədə BBP-nin sabiq sədri Möhsün Yazıcıoğlunun ölümü ilə bağlı istintaq davam edir.
Türkiyə mediasının yaydığı məlumata görə, Ankara Baş Prokurorluğunun araşdırması çərçivəsində 16 vilayətdə 45 ünvanda əməliyyat keçirilib.
İstintaq zamanı 38 şübhəli saxlanılıb. Məhkəmə onların 36-sının həbsinə qərar verib.
Digər iki şübhəli barəsində isə məhkəmə nəzarəti tədbiri tətbiq olunub.
Şübhəlilərin FETÖ fəaliyyəti çərçivəsində Yazıcıoğlunun ölümü ilə bağlı cinayətlərdə və istintaqa mane olmaqda iştirak etdikləri bildirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.