Sərvətini qumarda itirən şəxs taksi sürür

Malayziyada vaxtilə böyük məbləğlərdə qumar oynayan və “qumar kralı” kimi tanınan Aaron Lim bütün sərvətini itirib.
“Mothership”in məlumatına əsasən, 48 yaşlı Lim 2020-2023-cü illərdə ayda təxminən 100 min ringgit qazanıb. Onun sərvətinin 4,8 milyon ringgit olduğu, lüks çarter təyyarələrlə səyahət etdiyi bildirilir.
Lakin qumar asılılığı səbəbindən itirdiyi pulları geri qaytarmaq üçün daha böyük məbləğlərdə oynayan Lim nəticədə bütün sərvətini itirib. O, dostlarına və kreditorlarına təxminən 1 milyon ringgit borclu qalıb.
Hazırda dostunun verdiyi avtomobillə taksi sürücüsü işləyən Lim gündəlik maksimum 200 ringgit qazandığını deyib.
Keçmiş qumarbaz qumarı tamamilə tərgitdiyini və həyatını yenidən qurmaq niyyətində olduğunu bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.