AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ mediası Trampın jurnalistləri Ağ Evə buraxmamasına qarşı məhkəməyə müraciət edib

  • + A
  • - A
  • Bu gün, 13:14

    ABŞ mediası Trampın jurnalistləri Ağ Evə buraxmamasına qarşı məhkəməyə müraciət edib


    ABŞ mediası Trampın jurnalistləri Ağ Evə buraxmamasına qarşı məhkəməyə müraciət edib
    ABŞ-ın CNN, MS NOW telekanalları və Politico qəzeti prezident Donald Tramp administrasiyasının jurnalistlərinin Ağ Evə girişini məhdudlaşdırmasına qarşı federal məhkəməyə müraciət edib.

    Media qurumları Vaşinqton Dairəsi üzrə federal məhkəmədən sentyabrın 24-də hakim Tim Kelli tərəfindən çıxarılmış və jurnalistlərin Ağ Evə girişinə icazə verən müvəqqəti qərarın qüvvədə saxlanılmasını istəyib.

    İddia ərizəsində media nümayəndələri administrasiyanın jurnalistlərin Ağ Evə girişini məhdudlaşdırmasını ABŞ Konstitusiyasının Birinci Düzəlişi ilə qorunan fundamental azadlıqlara qarşı “qanunsuz müdaxilə” adlandırıblar.

    CNN, MS NOW və Politico hesab edir ki, jurnalistlərin Ağ Evə buraxılmamasının məqsədi administrasiyanın siyasətinə tənqidi yanaşan media qurumlarını “cəzalandırmaq və qorxutmaq”, həmçinin prezident və administrasiyanın fəaliyyətinin mənfi işıqlandırılmasının qarşısını almaqdır. Media qurumları məhkəmə qərarının müddəti başa çatdıqdan sonra administrasiyanın giriş qadağasını yenidən tətbiq edə biləcəyindən narahat olduqlarını bildiriblər.

    Ağ Evə yeni iddiaya cavab vermək üçün cümə gününədək vaxt verilib. Hakim Tim Kelli iş üzrə yeni dinləmə keçirəcəyini və qərarı mümkün qədər qısa müddətdə açıqlayacağını bildirib.

    Hadisə sentyabrın 18-də başlayıb. Həmin gün Tramp CNN, MS NOW və Politico jurnalistlərinin Ağ Evə girişinin məhdudlaşdırıldığını açıqlayıb. Prezident bu qərarın səbəbi kimi həmin media qurumlarının administrasiyası barədə, onun sözlərinə görə, yanlış məlumatlar yaymasını göstərib. Tramp həmçinin qadağanın tətbiq olunduğu media qurumlarının siyahısının genişləndirilə biləcəyini deyib, lakin qərarın ləğv edilə biləcəyini də istisna etməyib.

    Sentyabrın 19-da sözügedən media qurumlarının müxbirləri və texniki əməkdaşları Ağ Evə giriş imkanını itirib.

    Daha sonra Vaşinqton Dairəsi üzrə federal məhkəmə Tramp administrasiyasının qərarını ləğv edib. Buna baxmayaraq, ABŞ prezidenti və yüksək vəzifəli şəxslərin təhlükəsizliyinə cavabdeh olan ABŞ Gizli Xidməti CNN, MS NOW və Politico əməkdaşlarını Ağ Evə buraxmayıb.

    Administrasiya yalnız həmin media qurumlarının nümayəndələri məhkəməyə yenidən müraciət etdikdən sonra jurnalistlərin Ağ Evə girişinə icazə verib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR