AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Estoniya Rusiyanı Ukrayna üçün hərbi robotlar istehsal edən zavodun yandırılmasında ittiham edib

  • + A
  • - A
  • Bu gün, 16:21

    Estoniya Rusiyanı Ukrayna üçün hərbi robotlar istehsal edən zavodun yandırılmasında ittiham edib


    Estoniya Rusiyanı Ukrayna üçün hərbi robotlar istehsal edən zavodu yandırmaqda ittiham edib
    Estoniya Xarici İşlər naziri Marqus Tsahkna Tallində müdafiə sənayesi müəssisəsi Milrem Robotics-də baş verən yanğının Rusiya xüsusi xidmət orqanlarının sifarişi ilə törədilmiş təxribat olduğunu bildirib.

    Nazirin sözlərinə görə, avqustun 15-də baş verən yanğınla bağlı bu qənaət Estoniya Daxili Təhlükəsizlik Xidməti (KAPO) tərəfindən toplanmış məlumatlara əsaslanır.

    Tsahkna hadisəni “tamamilə qəbuledilməz” adlandırıb və Estoniya Xarici İşlər Nazirliyinin Rusiyanın müvəqqəti işlər vəkili Lenar Salimullini çağıracağını açıqlayıb.

    Kreml isə Estoniyanın ittihamlarını “əsassız” adlandırıb.

    Milrem Robotics quru döyüş robotları və digər robotlaşdırılmış sistemlər istehsal edir. Şirkət Ukrayna ilə yaxından əməkdaşlıq edir və Rusiya-Ukrayna müharibəsində istifadə olunması üçün Ukraynaya THeMIS pilotsuz döyüş maşınları da tədarük edir.

    Zavodun yandırılması ilə bağlı daha əvvəl üç nəfər saxlanılıb. Onlardan ikisi Latviyada tutulub.

    Estoniya XİN rəhbəri bildirib ki, bu təxribat Rusiyanın Avropada həyata keçirdiyi daha geniş kampaniyanın bir hissəsidir. Onun iddiasına görə, məqsəd Avropa İttifaqını qorxutmaq və Ukraynaya dəstəyi zəiflətməkdir.

    Tsahkna əlavə edib ki, onun fikrincə, bu cür hərəkətlər Rusiyanın gözlədiyinin əksinə nəticə verə bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR