ABŞ Ali Məhkəməsindən Tramp qərarı

Miqrantların üçüncü ölkələrə deportasiyasına müvəqqəti icazə verilib
ABŞ Ali Məhkəməsi Prezident Donald Tramp administrasiyasının miqrantları mənşə ölkələrindən fərqli, “üçüncü ölkələr”ə deportasiya etməsini bərpa etməsinə icazə verib.
Reuters xəbər verir ki, məhkəmə ABŞ Ədliyyə Nazirliyinin Boston federal hakimi Brayan Mörfinin qərarının qüvvəsini dayandırmaqla bağlı təcili müraciətini təmin edib.
Mörfinin qərarında Daxili Təhlükəsizlik Departamentinin miqrantların üçüncü ölkələrə deportasiyası siyasəti qanunsuz hesab edilmişdi.
Ali Məhkəmənin altı hakimi müraciətin təmin edilməsinin lehinə, üç hakim isə əleyhinə səs verib.
Məhkəmə iş üzrə yekun qərar verməyib və mübahisə ilə bağlı şifahi arqumentləri dekabr ayında dinləməyi planlaşdırır.
Hüquq müdafiə təşkilatlarının məlumatına görə, ötən il bu siyasət çərçivəsində 25 mindən çox miqrant 29 ölkəyə deportasiya edilib. Onların böyük əksəriyyəti Meksikaya göndərilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.