AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aİ Gürcüstanın ATƏT-ə 2027-ci ildə sədrliyə namizədliyinə qarşı çıxır

  • + A
  • - A
  • Bu gün, 12:48

    Aİ Gürcüstanın ATƏT-ə 2027-ci ildə sədrliyə namizədliyinə qarşı çıxır


    Avropa İttifaqı Gürcüstanın 2027-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrlik etmək üçün irəli sürdüyü namizədliyini dəstəkləmir.

    Bu barədə Brüsseldə fəaliyyət göstərən Rapporteur portalı (keçmiş Euractiv) məlumat yayıb.

    Gürcüstanın xarici işlər naziri Maka Boçorişvilinin sözlərinə görə, Tbilisi 2027-ci ildə ATƏT-ə sədrlik etməyə və təşkilata üzv bütün dövlətlərlə əməkdaşlıq etməyə hazırdır.

    Lakin Aİ Gürcüstanın namizədliyinə qarşı mövqe nümayiş etdirir. Aİ-nin sözçüsü Kristian Viqand Brüsselin hələ də Kipr Respublikasının namizədliyini dəstəklədiyini və alternativ namizədlərin müzakirə olunmadığını bildirib.

    Hazırda ATƏT-də 2027-ci il üçün sədrliyə yeganə rəsmi namizəd Kiprdir. Lakin Türkiyə Kiprin namizədliyinin təsdiqlənməsinə mane olur. Bu vəziyyət Gürcüstana alternativ namizəd kimi öz namizədliyini irəli sürmək imkanı yaradır.

    Portalın məlumatına görə, Baltikyanı ölkələr Gürcüstanın namizədliyinə xüsusilə mənfi münasibət göstərirlər.

    ATƏT Nazirlər Şurasının növbəti iclasının 3–4 dekabr tarixlərində İsveçrənin Luqano şəhərində keçirilməsi planlaşdırılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR