AVROPADA SİLAH İSTEHSALI ARTIRILMALIDIR – NATO BAŞ KATİBİ

NATO baş katibi Mark Rutte Avropada silah istehsalının artırılmasına çağırıb. O bildirib ki, hazırda əsas məsələ silahların Avropadan, yoxsa ABŞ-dan alınması deyil. Çünki hər iki tərəfdə artan tələbatı qarşılamaq üçün istehsal gücü kifayət etmir. Rutte müdafiə şirkətlərini investisiyaları artırmağa və yeni texnologiyaların hazırlanmasına çağırıb. Onun sözlərinə görə, Ukraynanın ehtiyac duyduğu SAMP/T və “Patriot” sistemləri də hazırda tələbatı ödəyəcək həcmdə istehsal olunmur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.