AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mask Pentaqonun layihəsinə həmsədr təyin edildi

  • + A
  • - A
  • Bu gün, 13:26

    Mask Pentaqonun layihəsinə həmsədr təyin edildi

    “Meridian” gələcək müharibə sahələrini araşdıracaq

    Amerikalı sahibkar İlon Mask ABŞ Müdafiə Nazirliyinin “Meridian” layihəsinə həmsədr təyin olunub.

    “BBC”nin yaydığı xəbərə görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin saytında məlumat dərc edilib.

    Məlumata əsasən, layihə gələcək müharibə sahələrini və texnologiyalarını araşdıracaq. Araşdırmanın dərin yeraltı ərazilərdən Ay zonasına qədər geniş əhatə dairəsinə malik olacağı bildirilib.

    İlon Mask layihəyə Palmer Lakki və Nyut Qinqriçlə birlikdə rəhbərlik edəcək. Layihəyə akademik, siyasi və sənaye sahələrindən mütəxəssislərin də cəlb olunması planlaşdırılır.

    Pentaqon layihənin 120 gün ərzində tamamlanmasını nəzərdə tutur. Hazırlanacaq yekun hesabatın açıq hissəsi ictimaiyyətə təqdim ediləcək, məxfi əlavə isə hərbi rəhbərliyə təqdim olunacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR