AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

PESKOV: RUSİYA NÜVƏ SİLAHINDAN İSTİFADƏ ETMƏYİ PLANLAŞDIRMIR

  • + A
  • - A
  • Bu gün, 20:00

    PESKOV: RUSİYA NÜVƏ SİLAHINDAN İSTİFADƏ ETMƏYİ PLANLAŞDIRMIR

    Rusiya nüvə silahından istifadə etməyi planlaşdırmır. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
    Peskov xarici KİV nümayəndələrinin Rusiyanın nüvə silahından istifadə imkanını nəzərdən keçirib-keçirmədiyi ilə bağlı sualını cavablandırıb.

    O, suala qısa şəkildə “xeyr” cavabını verib.
    Rusiya prezidentinin sözçüsü bildirib ki, əslində Rusiyanın nüvə silahından istifadə edəcəyini Avropada düşünürlər. Peskovun sözlərinə görə, Avropada bu məsələ ətrafında “isteriya” yaradılır.

    Dmitri Peskov:
    “Avropalılar Rusiyanın nüvə silahından istifadə etməsi barədə düşünürlər. Biz onları emosiyalarını cilovlamağa və hadisələrə obyektiv baxmağa çağırırıq.”
    Peskovun açıqlamasını TASS agentliyi yayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR