AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

MİSİRDƏ 6 JURNALİST SAXLANILIB

  • + A
  • - A
  • Bu gün, 20:02

    MİSİRDƏ 6 JURNALİST SAXLANILIB

    Misirdə 6 jurnalist saxlanılıb. Onlar qadağan edilmiş “Müsəlman qardaşları” təşkilatı ilə əlaqədə və dezinformasiya yaymaqda ittiham olunurlar.

    Misir polisi müstəqil araşdırma platforması olan “Matsaddash”ın 6 əməkdaşını saxlayıb. Jurnalistlərə qarşı irəli sürülən ittihamlar arasında “Müsəlman qardaşları”nın maraqları naminə yanlış məlumatların yayılması da var. Jurnalistlər isə təşkilatla hər hansı əlaqələrinin olduğunu təkzib edirlər.

    “Reuters”in məlumatına görə, saxlanılan şəxslər “Matsaddash” platformasının bütün redaksiya heyətini təşkil edir. Rəqəmsal platforma 2018-ci ildən fəaliyyət göstərir.
    Sentyabrın sonunda mülki geyimli təhlükəsizlik əməkdaşları jurnalistlərin evlərində axtarış aparıb, onların mobil telefonlarını və kompüterlərini götürüblər.

    Misirin Daxili İşlər Nazirliyi iddia edir ki, sayt xaricdən idarə olunur və “Müsəlman qardaşları”nın media sisteminin bir hissəsidir. Nazirliyin məlumatına görə, platforma ölkə daxilində təşkilat tərəfdarlarının dəstəyi ilə fəaliyyət göstərib.
    “Matsaddash” redaksiyası isə bu ittihamları rədd edib. Bildirilib ki, platforma əksinə, “Müsəlman qardaşları” ilə əlaqəli media resurslarında yayılan məlumatları təkzib edən materiallar dərc edib.

    Qeyd edək ki, “Müsəlman qardaşları” 2013-cü ildə Misirdə qadağan edilib və terror təşkilatı elan olunub. Bu, hərəkatın üzvü olan prezident Məhəmməd Mursinin hərbi çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılmasından sonra baş verib.

    Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, “Matsaddash”ın 6 əməkdaşı ilə yanaşı, hazırda Misir həbsxanalarında daha 19 jurnalist saxlanılır.
    Təşkilat Misir hakimiyyətini saxlanılan jurnalistləri azad etməyə çağırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR