Putin “Şimal-Cənub” dəhlizindən danışdı

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılmasını dəstəklədiyini bildirib.
O, bu barədə “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında çıxış edərkən deyib.
Putin bildirib ki, marşrutun bir hissəsi Azərbaycan ərazisindən keçməlidir və Bakı layihəni perspektivli hesab edir.
Rusiya Prezidenti Moskvanın layihənin həyata keçirilməsi üçün kredit resursları ayırmağa hazır olduğunu da vurğulayıb.
Onun sözlərinə görə, İran tərəfi isə hazırda marşrutun keçəcəyi torpaq sahələrinin satın alınması prosesi də daxil olmaqla, üzərinə düşən işləri tamamlamalıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.