AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

NİKE YENİDƏN RESTRUKTURİZASİYAYA HAZIRLAŞIR

  • + A
  • - A
  • Bu gün, 21:54

    NİKE YENİDƏN RESTRUKTURİZASİYAYA HAZIRLAŞIR


    ABŞ-ın məşhur idman geyimləri və ayaqqabı istehsalçısı Nike şirkətində növbəti restrukturizasiya mərhələsinə hazırlıq gedir.
    Reuters agentliyinin məlumatına görə, şirkət gəlirlərin azalması fonunda dünya üzrə işçi sayını azaltmağı və biznes bölmələrini yenidən təşkil etməyi planlaşdırır.

    Şirkətin mənfəətinin azalmasının əsas səbəblərindən biri kimi Çində istehlakçıların Nike məhsullarına marağının zəifləməsi göstərilir. Çin bazarının şirkətin illik gəlirlərinin təxminən 15 faizini təşkil etdiyi bildirilir.

    Nike-ın neçə əməkdaşının ixtisar ediləcəyi hələlik açıqlanmayıb. İşçilərə bununla bağlı bildirişlərin isə 2027-ci ildən etibarən göndərilməsinə başlanacağı gözlənilir.

    Şirkət həmçinin əməliyyat modelində dəyişikliklər edəcək. Yeni struktur çərçivəsində mövcud dörd coğrafi regionun sayı üçə endiriləcək. Bunlar Amerika, Asiya-Sakit okean regionu, eləcə də Avropa, Yaxın Şərq və Afrikanı birləşdirən region olacaq.
    Bu, Nike-ın ilk ixtisar və restrukturizasiya mərhələsi deyil. Qarşıdakı dəyişikliklərin şirkətin 2031-ci maliyyə ilinə qədər 2,5 milyard dollar qənaət etmək planının bir hissəsi olacağı gözlənilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR