AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məkkə Paktının iştirakçıları Ər-Riyadda görüşəcək

  • + A
  • - A
  • Dünən, 21:57

    Məkkə Paktının iştirakçıları Ər-Riyadda görüşəcək

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyənin iştirakı ilə yaradılan Məkkə Sazişi çərçivəsində Strateji Siyasi-Müdafiə Komitəsinin iclası yaxın vaxtlarda Ər-Riyadda keçiriləcək.
    Bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar keçirdiyi mətbuat konfransında məlumat verib. Nazir bildirib ki, komitənin iclasının keçirilməsi prinsip etibarilə razılaşdırılıb və görüş çox yaxın zamanda baş tutacaq.
    Onun sözlərinə görə, komitədə hər üç ölkədən üç nümayəndə – xarici işlər naziri, müdafiə naziri və Baş Qərargah rəisi təmsil olunur.

    İclas zamanı əsas müzakirə mövzularından biri Yəməndəki “Ənsar Allah” hərəkatının husilər tərəfindən Səudiyyə Ərəbistanına qarşı həyata keçirilən hücumlar olacaq.
    Qeyd edək ki, Məkkə Sazişi avqustun 7-də Pakistanın Baş naziri Şahbaz Şərif, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Al Səud və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.

    Sazişə əsasən, iştirakçı ölkələrdən birinə qarşı həyata keçirilən hücum bütün iştirakçılara qarşı təcavüz kimi qiymətləndiriləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR