AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fransada iğtişaşlar davam edir

  • + A
  • - A
  • Bu gün, 14:05

    Fransada iğtişaşlar davam edir

    Fransada kütləvi iğtişaşlarda iştirak edən şəxslərin məsuliyyətinin sərtləşdirilməsi planlaşdırılır.
    Fransa hökuməti oktyabrın 27-də parlamentin yuxarı palatası olan Senata yeni qanun layihəsi təqdim edəcək. Sənəd iğtişaşlarda iştirak edən şəxslərə, hətta əmlaka zərəri şəxsən onlar vurmayıblarsa belə, kollektiv məsuliyyət tətbiq edilməsini nəzərdə tutur.

    Bu barədə Fransa hökumətinin rəsmi nümayəndəsi Mod Brejon məlumat verib.

    Onun sözlərinə görə, qanun layihəsinin iki əsas məqsədi var. Birincisi, yetkinlik yaşına çatmış və ya yetkinlik yaşına çatmayan şəxslərin törətdiyi zərərin ödənilməsi üçün zəruri hallarda ailə müavinətlərindən vəsait tutulması nəzərdə tutulur. Beləliklə, zərərin ödənilməsi üçün valideynlərə verilən sosial ödənişlərin bir hissəsindən istifadə edilə bilər.

    İkinci istiqamət isə zorakılıq törədən qrupun hərəkətlərində iştirak edən şəxslərə aiddir. Polis xəbərdarlığından sonra da belə qrupun tərkibində qalmağa davam edən şəxslərə kollektiv məsuliyyət prinsipi tətbiq ediləcək.

    Qanun layihəsinin nə vaxt qüvvəyə minəcəyi isə hələ məlum deyil. Oktyabrın 27-də Senatda sənədə yalnız birinci oxunuşda baxılacaq. Hökumət qanunun mümkün qədər tez qəbul edilməsinə ümid edir. Lakin 2027-ci ilin dövlət büdcəsinin müzakirələrinin qanun layihəsinin parlamentdə baxılma qrafikinə təsir göstərə biləcəyi bildirilir.

    Franceinfo radiostansiyasının məlumatına görə, yeni qanun layihəsi vurulmuş zərərin ödənilməsi üçün 10 min avroyadək kompensasiya tutulmasına imkan verə bilər. Yetkinlik yaşına çatmayan şəxslər üçün maliyyə öhdəliyinin bir hissəsi ödənişsiz ictimai işlərlə əvəz edilə bilər.

    Müəyyən edilmiş kompensasiya ödənilmədiyi halda isə dövlət borcun ödənilməsi üçün ailə müavinətlərinin və mənzil kirayəsi ilə bağlı sosial ödənişlərin müsadirəsinə nail ola bilər.
    Fransada kütləvi iğtişaş iştirakçılarına qarşı məsuliyyətin sərtləşdirilməsi istiqamətində daha əvvəl də addımlar atılıb.

    Belə ki, 2019-cu ildə “Sarı jiletlilər” hərəkatının etirazları fonunda qəbul edilən qanun nümayişlər zamanı üzü maska və ya digər vasitələrlə gizlətməyi qadağan edib. Bu qaydanın pozulmasına görə 15 min avroyadək cərimə nəzərdə tutulub.
    2025-ci ildə isə yetkinlik yaşına çatmayan şəxslərin iğtişaşlarda iştirakına görə hər iki valideynin, hətta ayrı yaşamaları halında belə, maliyyə məsuliyyəti daşımasını nəzərdə tutan qanun qəbul edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR