AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tehran ABŞ-ı İrana hücumla bağlı xəbərdar etdi

  • + A
  • - A
  • Bu gün, 16:23

    Tehran ABŞ-ı İrana hücumla bağlı xəbərdar etdi


    Tehran ABŞ-ı İrana hücumla bağlı xəbərdar etdi
    İran ABŞ-ı Konqres seçkilərindən əvvəl və ya sonra ölkəyə qarşı hər hansı hərbi əməliyyata başlayacağı təqdirdə sərt cavab veriləcəyi barədə xəbərdar edib.

    İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahı “Xatəm əl-Ənbiya”nın komandanı Əli Abdollahinin sözlərinə görə, ABŞ və ya İsrailin təhriki ilə Vaşinqton İrana qarşı hərbi addım atarsa, İran Silahlı Qüvvələri dərhal və məhdudiyyətsiz şəkildə ABŞ-ın maraqlarına güclü zərbə endirəcək.

    Abdollahi bildirib ki, ABŞ-ın hücumu Konqresə keçiriləcək aralıq seçkilərdən əvvəl və ya sonra baş verməsindən asılı olmayaraq, Tehran buna sərt cavab verəcək.

    “Əgər yenidən hərbi əməliyyatlar başlasa, onun alovu hamını bürüyəcək”, – deyə yüksək rütbəli iranlı hərbçi vurğulayıb.

    ABŞ Prezidenti Donald Tramp daha əvvəl bildirib ki, Vaşinqton noyabr ayında keçiriləcək Konqresə aralıq seçkilərindən sonra İrana qarşı zərbələrin intensivliyini artıra bilər. O, eyni zamanda seçkilərdən əvvəl də hərbi əməliyyatların yenidən başlaya biləcəyini istisna etməyib.

    İranlı komandan həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyini (MAQATE) İranın nüvə obyektləri ilə bağlı açıqlamalar verməkdən çəkinməyə çağırıb. Onun sözlərinə görə, Tehranın nüvə silahı əldə etməyə çalışması ilə bağlı iddialar “böyük yalandır” və bu cür bəyanatlar İrana qarşı yeni müharibəyə zəmin yaratmaq üçün istifadə oluna bilər.

    Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrandakı obyektlərə zərbələr endirməyə başlayıb. İran tərəfi də buna cavab olaraq ABŞ və İsrailə qarşı hücumlar həyata keçirib. İyunun ortalarında Tehran və Vaşinqton hərbi əməliyyatların dayandırılması barədə memorandum imzalasa da, daha sonra tərəflər arasında yenidən zərbələr mübadiləsi baş verib.

    Hazırda İranla ABŞ və İsrail arasında münaqişə tam olaraq tənzimlənməyib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR