AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Norveçin İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

  • + A
  • - A
  • Dünən, 21:13

    Norveçin İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.


    İran Xarici İşlər Nazirliyi Norveçin Tehrandakı səfiri Paul Byörnstadı çağıraraq ona rəsmi etiraz notası təqdim edib.
    Tehran buna səbəb kimi İranda “Starlink” peyk internet xidmətlərinin İran hakimiyyətinin müvafiq icazəsi olmadan göstərilməsini göstərib.

    İran Xarici İşlər Nazirliyinin rəsmisi Məhəmməd Həsənnejad Pirkui bildirib ki, texnoloji platformalardan siyasi məqsədlərlə istifadə yolverilməzdir.

    İran tərəfi ABŞ administrasiyası və İsrail strukturlarını “Starlink” terminallarından ölkənin daxili işlərinə müdaxilə və milli təhlükəsizliyə təhdid yaratmaq məqsədilə istifadə etməkdə ittiham edib.

    Pirkui Norveçin bu məsələdə hüquqi məsuliyyət daşıdığını bildirib. Onun sözlərinə görə, “Starlink” peyk şəbəkəsinin Beynəlxalq Telekommunikasiya İttifaqında rəsmi qeydiyyatı Norveç yurisdiksiyasına daxildir.

    Tehran Osloya vəziyyətə dərhal müdaxilə etmək və “Starlink”in İranda icazəsiz fəaliyyətinin qarşısını almaq çağırışı edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR