Nyu-Yorkda qızılca epidemiyası ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

ABŞ-ın Nyu-York ştatında davam edən qızılca epidemiyası ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. Bu barədə ştat qubernatoru Keti Hokulun imzaladığı sərəncamda bildirilir. Reuters sənədin mətninə istinadən məlumat yayıb.
Sərəncama əsasən, bu il Nyu-Yorkda 108 qızılca hadisəsi qeydə alınıb. İyulun 15-dən etibarən ştatın 18 dairəsində 92 yoluxma aşkarlanıb.
Qonşu Pensilvaniya ştatında isə bu il 977 qızılca hadisəsi qeydə alınıb. Yoluxmaların əhəmiyyətli hissəsi Nyu-Yorkla sərhəddə yerləşən kənd dairələrinin payına düşüb.
Qubernatorun sərəncamı qızılca, parotit və məxmərəkə qarşı (MMR) peyvəndlə bağlı məlumatların ştatın və ya Nyu-York şəhərinin immunizasiya reyestrlərinə daxil edilməsini də nəzərdə tutur.
Sənədə əsasən, hər bir peyvəndlənmə barədə məlumat 72 saat ərzində müvafiq reyestrə daxil edilməlidir.
Qızılca yüksək yoluxuculuğa malik virus xəstəliyidir və xüsusilə peyvənd olunmamış insanlar arasında sürətlə yayıla bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.