AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

UNICEF: El-Ninyo 100 ölkədə 347 milyondan çox uşağa təsir edə bilər

  • + A
  • - A
  • Bu gün, 11:55

    UNICEF: El-Ninyo 100 ölkədə 347 milyondan çox uşağa təsir edə bilər


    2026-cı ilin oktyabr-dekabr aylarında dünyada 100 ölkədə 347 milyondan çox uşağın El-Ninyo ilə əlaqəli anomal iqlim hadisələri səbəbindən risk altında qala biləcəyi proqnozlaşdırılır.

    Bu barədə UNICEF xəbərdarlıq edib.
    Qurumun məlumatına görə, qeyri-adi dərəcədə yağıntılı və quraq hava şəraiti güclü daşqınlar və quraqlıqlar da daxil olmaqla ekstremal hava hadisələrinin başvermə ehtimalını artıracaq.

    Bunun nəticəsində təxminən 100 ölkə və ərazidə uşaqların həyatı, sağlamlığı və təhsili təhlükə ilə üzləşə bilər.
    Ən çox uşağın risk altında qalacağı region Asiya və Sakit okean hövzəsi hesab olunur. Burada təxminən 190 milyon uşağın təsirlənə biləcəyi bildirilir.

    Şərqi və Cənubi Afrikada 41 milyon, Latın Amerikası və Karib hövzəsində 41 milyon, Avropa və Mərkəzi Asiyada 22 milyon, Yaxın Şərq və Şimali Afrikada 20 milyon, Qərbi və Mərkəzi Afrikada isə 20 milyon uşağın risklə üzləşəcəyi gözlənilir.

    UNICEF bildirir ki, ekstremal hava hadisələri uşaqların sağlamlığı ilə yanaşı, onların təhsil imkanlarına və gündəlik həyatına da ciddi təsir göstərə bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR