Ermənistan parlamentində deputatlar dalaşıb

Təhlükəsizlik əməkdaşları insidentə müdaxilə edib
Ermənistan parlamentində hakim və müxalifət partiyalarının deputatları arasında dava düşüb.
“Sputnik Ermənistan”ın yaydığı xəbərə görə, insident parlamentin bugünkü iclasında qeydə alınıb.
Hadisəyə “Güclü Ermənistan” partiyasının deputatı Edqar Kazaryanın çıxışı səbəb olub. O, parlamentin spikeri Ruben Rubinyanı dövlət vəsaitlərini israf etməkdə ittiham edib.
Spiker çıxışın iclasın gündəliyinə uyğun olmadığını bildirərək deputatın sözünü kəsib. Bundan sonra “Vətəndaş müqaviləsi” partiyasının deputatı Vahe Qalumyanla “Güclü Ermənistan” partiyasının deputatı Vaginak Vartano arasında mübahisə yaranıb.
Mübahisə əlbəyaxa davaya çevrilib. Spiker fasilə elan etdikdən sonra təhlükəsizlik əməkdaşları insidentə müdaxilə ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.