Qara dənizdə hücuma məruz qalan gəmi “Palmali” ilə əlaqələndirilir

Oktyabrın 5-də Qara dənizdə Rumıniya sahilləri yaxınlığında Türkiyə bayrağı altında üzən “Royad Məmmədov” adlı yük gəmisi dron hücumuna məruz qalıb.
AzTV-nin hazırladığı materialda gəminin azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus olduğu iddia olunub.
Bildirilir ki, “Rynda” gəmi məlumatları portalında gəminin ISM meneceri “Palmali Gemicilik ve Acentelik” şirkəti göstərilir. Şirkət “Palmali” şirkətlər qrupuna daxildir.
“Palmali” şirkətlər qrupunun təsisçisi Mübariz Mənsimovdur.
Hazırda hadisə ilə bağlı əlavə məlumat yoxdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.