Tramp Putinlə telefon danışığının planlaşdırıldığını açıqlayıb

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə yaxın vaxtlarda telefon danışığı keçirməyi planlaşdırdığını açıqlayıb.
Associated Press-in məlumatına görə, Tramp bu barədə Merilend ştatının Sparrows Point şəhərində yerləşən gəmiqayırma zavodunda çıxışı zamanı danışıb.
“Mənim Prezident Putinlə telefon danışığım planlaşdırılıb”, — deyə Tramp bildirib.
ABŞ Prezidenti telefon danışığının dəqiq nə vaxt baş tutacağını və görüş zamanı hansı məsələlərin müzakirə ediləcəyini açıqlamayıb.
Tramp eyni tədbirdə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması istiqamətində işlərini davam etdirdiyini də bildirib. O, münaqişənin yaxın zamanda başa çatacağına ümid etdiyini vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.