AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp neft qiymətləri ilə bağlı gözləntisini açıqladı

  • + A
  • - A
  • Bu gün, 11:01

    Tramp neft qiymətləri ilə bağlı gözləntisini açıqladı

    ABŞ Prezidenti Hörmüz boğazından neft daşınmasının artdığını bildirib

    ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açıq olduğunu və son günlər bu marşrutla böyük həcmdə neft daşındığını bildirib.

    Tramp bu barədə Ağ Evdən Baltimorda keçiriləcək tədbirə yollanarkən jurnalistlərə açıqlamasında danışıb.

    O qeyd edib ki, son günlər Hörmüz boğazından “inanılmaz miqdarda”, milyonlarla barel neft daşınıb. Tramp neft qiymətlərinin yaxın vaxtlarda aşağı düşəcəyini gözlədiyini də bildirib.

    ABŞ Prezidenti İran iqtisadiyyatının hazırkı vəziyyətini “çox pis” qiymətləndirib. O, İranın neft naziri Möhsün Paknejadın da ölkədəki vəziyyətin yaxşı olmadığını əsas gətirərək istefa verdiyini söyləyib.

    “Biz müharibədən əvvəlki səviyyələrə çatan və ya hətta onu aşan səviyyələrdə daşımalar həyata keçiririk”, - deyə Tramp əlavə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR