AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Türk Dünyası Gəncləri 9–11 Oktyabrda bir araya gələcək - ÖZƏL

  • + A
  • - A
  • Bu gün, 10:28

    Türk Dünyası Gəncləri 9–11 Oktyabrda bir araya gələcək - ÖZƏL

    Bakı, 7 oktyabr - Azadmedia.az

    Türk Dünyası Gəncləri 9–11 Oktyabrda bir araya gələcək

    Anadolu ASİAD Azərbaycan başqanı Ülkər Piriyeva Azərbaycan mediasına açıqlamasında Türk Dünyası Gənclər Görüşü ilə bağlı məlumat verib. O bildirib ki, Anadolu ASİAD-ın Başqanı, iş adamı Yücel Yalçınkayanın verdiyi məlumata əsasən, 9–11 oktyabr 2026-cı il tarixlərində “Türk Dünyası Gənclər Görüşü” proqramı keçiriləcək.


    Türk Dövlətləri ilə İlişkilər Başkanlığının koordinasiyası ilə təşkil olunacaq proqram çərçivəsində Anadolu ASİAD-a 5 universitet tələbəsi üçün iştirak kontingenti ayrılıb.

    Məlumata görə, iştirakçıların 2 nəfərinin Türk dövlətlərindən, 3 nəfərinin isə Türkiyədəki universitetlərdə təhsil alan tələbələrdən olması planlaşdırılır.

    Bu çərçivədə universitet tələbəsi olan və ya proqramda iştirak edə biləcək gəncləri tanıyan şəxslərdən namizədlərin ad, soyad və əlaqə məlumatlarını ən qısa müddətdə təqdim etmələri xahiş olunur.

    Yücel Yalçınkayanın sözlərinə görə, proqram Türk dünyasının müxtəlif ölkələrindən olan gənclərin bir araya gəlməsi, qarşılıqlı əlaqələrin və əməkdaşlığın inkişaf etdirilməsi baxımından mühüm imkan yaradacaq.

    Görüşdə iştirak edəcək gənclərin Türk dünyası ilə əlaqələrini genişləndirməsi, yeni əməkdaşlıq imkanları əldə etməsi və dünyagörüşlərini inkişaf etdirməsi nəzərdə tutulur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR