AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İRAQ NEFTİ SURİYA ÜZƏRİNDƏN İXRAC EDƏCƏK

  • + A
  • - A
  • Bu gün, 22:26

    İRAQ NEFTİ SURİYA ÜZƏRİNDƏN İXRAC EDƏCƏK

    İraq neft ixracı üçün yeni marşrutdan istifadə etməyə hazırlaşır. Məqsəd – təhlükəli Hörmüz boğazından yan keçməkdir.

    “Reuters”in məlumatına görə, İraq neftinin yük maşınları ilə Suriya ərazisindən Aralıq dənizi sahilindəki Baniyas limanına daşınması, oradan isə tankerlərlə ixracı planlaşdırılır.
    Suriyanın dövlətə məxsus “Syrian Petroleum Co.” şirkətinin rəhbəri Yusif Kiblavi bildirib ki, Bağdad bu məsələ ilə bağlı Dəməşqə müraciət edib. Onun sözlərinə görə, iki ölkə arasında razılaşma demək olar ki, hazırdır. İlk neft karvanının oktyabrın ortalarına qədər Suriyaya çatacağı gözlənilir.
    Hazırda İraq mazutun bir hissəsini də yük maşınları ilə Baniyas limanına çatdırır. Gündəlik daşımalar üçün təxminən 1000 yük maşınından istifadə olunur. Hər bir avtomobil orta hesabla 220 barel yanacaq daşıya bilir.

    Xam neftin daşınması üçün isə bundan da çox yük maşınının tələb olunacağı gözlənilir. Çünki İraqın neft ixracının həcmi mazut tədarükündən dəfələrlə çoxdur.
    İraq ötən ay sutkada orta hesabla 2,7 milyon barel neft ixrac edib. Bağdad Hörmüz boğazında yaranan fasilələrdən sonra alternativ ixrac marşrutlarının yaradılmasına çalışır.

    İraq-Suriya neft kəmərinin bərpası da gündəmdədir. Uzun illərdir fəaliyyət göstərməyən kəmərin yenidən işə salınması daha sabit ixrac marşrutunun yaradılmasına və regionun İrandan keçən marşrutlardan asılılığının azaldılmasına imkan verə bilər. İlkin planlara əsasən, kəmərin bərpası üzrə işlərə gələn ilin ilk rübündə başlanması mümkündür.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR