AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İSPANİYADA ÇAY QARA RƏNGƏ BOYANIB – ƏHALİ İÇMƏLİ SUYUSUZ QALIB

  • + A
  • - A
  • Bu gün, 22:29

    İSPANİYADA ÇAY QARA RƏNGƏ BOYANIB – ƏHALİ İÇMƏLİ SUYUSUZ QALIB


    İspaniyanın mərkəzi hissəsində çay meşə yanğınlarından sonra külün suya qarışması nəticəsində qara rəngə boyanıb. Güclü leysan yağışları yanğından zərər çəkmiş ərazilərdəki kül və bitki qalıqlarını çaya yuyub aparıb.
    Nəticədə bir neçə yaşayış məntəqəsində içməli su təchizatı pozulub.
    Avila əyalətinin Kasavyexa şəhərində dağ çayları Tietar çayına tökülür. Yağışlardan sonra kül ilə zəngin axıntıların təsiri ilə suyun rəngi demək olar ki, tamamilə qaralıb. Sakinlər suyu fəvvarələrdən və su çənlərindən götürməyə məcbur olublar. Yerli hakimiyyət isə əhaliyə butulkalarda içməli su paylayıb.
    Şəhər sakini Migel Anxel Peres Sançes vəziyyəti belə ifadə edib: “İçmək, yemək hazırlamaq, çimmək – hər şey üçün su lazımdır. İnsan su olmayanda onun dəyərini anlayır.”

    Kasavyexa meri Vanessa Munyos bildirib ki, güclü leysan yağışları meşə yanğınlarının fəsadlarını daha da ağırlaşdırıb. Sel suları körpüləri dağıdıb, kül və digər çirkləndiriciləri isə şəhərin fövqəladə su təchizatı planında istifadə etdiyi su anbarına daşıyıb.

    Ekoloq Santyaqo M. Baraxasın sözlərinə görə, meşə yanğınlarının fəsadları alov söndürüldükdən sonra da davam edir. O bildirib ki, güclü yağışlardan sonra bitki örtüyündən məhrum olmuş torpaq suyu əvvəlki kimi hopdura bilmir. Nəticədə su sürətlə aşağı istiqamətdə axaraq özü ilə torpaq və külü aparır.
    Qonşu Piedralaves şəhərində də normal su təchizatının bərpası üçün işlər görülür. Kül su toplama hövzələrinə qarışdıqdan sonra hakimiyyət kran suyunun istifadəyə yararsız olduğunu açıqlayıb.

    Məlumata görə, zərər çəkən yaşayış məntəqələri Avila əyalətinin Burqondo bölgəsində baş vermiş böyük meşə yanğınının aşağı axınında yerləşir.
    İspaniyanın Ətraf Mühit Nazirliyinin məlumatına görə, yanğın 33 min 943 hektar ərazini məhv edib. Bu, cari ildə ölkədə meşə yanğınları nəticəsində yanan bütün ərazilərin 15 faizindən çoxunu təşkil edir.

    Qonşu El-Barrako şəhərinin meri Xose Mariya Manso isə xəbərdarlıq edib ki, kül və çöküntülər zamanla yaxınlıqdakı bir neçə yaşayış məntəqəsi üçün mühüm içməli su mənbəyi olan El-Burqilyo su anbarına da çata bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR