AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropa Parlamenti Çinə qarşı daha sərt ticarət siyasətinə çağırıb

  • + A
  • - A
  • Bu gün, 22:32

    Avropa Parlamenti Çinə qarşı daha sərt ticarət siyasətinə çağırıb


    Deputatlar qəbul etdikləri qətnamədə dialoqun davam etdirilməsi ilə yanaşı, Avropa İttifaqının iqtisadi maraqlarının daha fəal müdafiə olunmasının vacibliyini vurğulayıblar. Qeyri-məcburi xarakter daşıyan sənədi 454 deputat dəstəkləyib, 86 deputat əleyhinə səs verib, 110 deputat isə bitərəf qalıb.
    Qətnamədə Avropa İttifaqı ilə Çin arasındakı münasibətlərin kritik mərhələyə çatdığı bildirilib. Deputatlar Pekinin, onların fikrincə, ədalətsiz iqtisadi praktikalarından, həmçinin Çinin Rusiyanın Ukraynaya qarşı müharibəsinə münasibətindən narahatlıqlarını ifadə ediblər.

    Avropa Parlamentinin üzvləri həmçinin Çin hərbçilərinin Ukraynada döyüş əməliyyatlarında iştirak etmək üçün Rusiya hərbçilərinə təlim keçməsi ilə bağlı məlumatlardan ciddi narahatlıq duyduqlarını bildiriblər.
    Ticarət sahəsində isə Avropa Parlamenti Çin və Avropa şirkətləri üçün qarşılıqlı və bərabər rəqabət şərtlərinin təmin edilməsinə çağırıb. Deputatların fikrincə, Pekin Avropa şirkətləri üçün öz bazarını kifayət qədər açmasa, Avropa İttifaqı cavab tədbirləri görməlidir.

    Qeyd edək ki, Avropa İttifaqı ilə Çin arasında xüsusilə avtomobil sənayesi də daxil olmaqla bir sıra sahələrdə rəqabət davam edir. Tərəflər arasında şirkətlərin bazarlara çıxışı və rəqabət şərtləri ilə bağlı fikir ayrılıqları iqtisadi münasibətləri daha da mürəkkəbləşdirir.

    Bu fonda Avropa İttifaqının ticarət komissarı Maroş Şefçoviç Pekinə səfər edəcək. Onun Çin ticarət naziri Van Ventao ilə görüşəcəyi və tərəflərin Aİ ilə Çin arasında gərgin iqtisadi münasibətləri müzakirə edəcəyi gözlənilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR