Merts: Böyük Britaniyanın Avropa İttifaqına qayıtması üçün hər şey edəcəyik

Almaniya Kansleri Fridrix Merts bildirib ki, Böyük Britaniyanı Avropa İttifaqı (Aİ) ilə yaxınlaşdırmaq üçün mümkün olan hər şeyi edəcək.
O bu barədə Böyük Britaniyanın Baş naziri Endi Börnhemlə görüşün yekunları üzrə bildirib.
"Öz tərəfimizdən sizi əmin edə bilərəm ki, biz Böyük Britaniyanın Avropaya, Avropa qitəsinə, Avropa İttifaqına qayıtması üçün mümkün olan hər şeyi edəcəyik. Və mən bu gün sizi burada bu aydın mesajla görməkdən çox məmnunam", - Merts deyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.