Tramp: “Süni intellekt” ifadəsindən istifadə edənlər düşmən hesab olunur

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ağ Ev “süni intellekt” ifadəsindən istifadə etməyə davam edən şəxsləri “düşmən” hesab edir.
Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
ABŞ Prezidenti qeyd edib ki, onun irəli sürdüyü “Super Intelligence” – “Super intellekt” ifadəsi “süni intellekt” anlayışından daha dəqiq və yeni termin kimi istifadə olunmalıdır.
Xatırladaq ki, sentyabrın sonunda Donald Tramp ABŞ-ın icra hakimiyyəti orqanlarına rəsmi yazışmalarda, sənədlərdə, internet saytlarında və digər materiallarda “Artificial Intelligence” və “AI” əvəzinə “Super Intelligence” və “SI” terminlərindən istifadə etməyi nəzərdə tutan sərəncam imzalayıb.
Sənəddə bildirilib ki, yeni termin texnologiyaların sürətli inkişafını və onların getdikcə artan imkanlarını əks etdirməlidir.
Bununla belə, qeyd edək ki, texnologiya sahəsində “super intellekt” termini artıq ayrıca məna daşıyır. Bu anlayış adətən intellektual qabiliyyətlərinə görə insanı üstələyən hipotetik süni intellekt sistemini ifadə edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.