Milliyet: Türkiyə Qara dənizdə gəmilər üçün iki təhlükəsizlik dəhlizi təklif edib

Türkiyə Qara dənizdə kommersiya gəmiçiliyinin təhlükəsizliyinin təmin olunması məqsədilə yeni təşəbbüslə çıxış edib. Təklif Rusiya və Ukraynaya məxsus mülki gəmilər üçün ayrı-ayrı təhlükəsizlik dəhlizlərinin yaradılmasını nəzərdə tutur. Bu barədə “Milliyet” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Türkiyənin təklifinə əsasən, Ukrayna limanlarından çıxan gəmilər üçün Rumıniya və Bolqarıstan sahilləri boyunca Bosfor boğazına qədər uzanan təhlükəsizlik dəhlizinin açılması planlaşdırılır.
Rusiya ticarət donanmasının gəmiləri üçün isə Gürcüstan və Türkiyə sahilləri boyunca hərəkət marşrutunun yaradılması təklif olunur.
Məlumata görə, yeni marşrutların yaradılması təşəbbüsünü münaqişə tərəflərinə Türkiyənin xarici işlər naziri Hakan Fidan çatdırıb.
“Milliyet” yazır ki, Moskva və Kiyev indiyədək təklif olunan şərtlərlə bağlı dəqiq mövqelərini açıqlamayıblar.
Təşəbbüs Qara dənizdə mülki gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi və Rusiya ilə Ukrayna gəmilərinin hərəkəti üçün ayrı-ayrı marşrutların müəyyənləşdirilməsi məqsədi daşıyır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.