Müharibə başlayandan sonra sərhədlərdə 50-dən çox döyüş və dəstək bölməsi yerləşdirilib.
Bunu İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının komandanı, briqada generalı Əli Cahanşahi bildirib.
Cahanşahi İran dövlət televiziyasının xəbər portalına müsahibəsində son müharibədən sonra Quru Qoşunları bölmələrinin yerləşdirilməsi ilə bağlı suala cavabında deyib ki, yerləşdirilən bölmələrə mobil, çevik reaksiya, zirehli və mexanikləşdirilmiş briqadalar, eləcə də artilleriya, mühəndis, raket və pilotsuz uçuş aparatları bölmələri daxil olub.
O, bu yerləşdirmənin ölkənin şimal-qərbindən qərb və cənub-qərb istiqamətlərinə, şərqdən cənub-şərqə və Makran sahillərinədək həyata keçirildiyini bildirib.
"Düşmən təyyarələrinin enə və ya düşmən qüvvələrinin yerləşə biləcəyi ərazilər, o cümlədən istifadəsiz hava limanları müəyyənləşdirilib və onlara qarşı mübarizə aparmaq üçün zəruri bölmələr əvvəlcədən nəzərdə tutulub", - o qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.