AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vaşinqtondan Səudiyyə Ərəbistanı ilə bağlı qərar

  • + A
  • - A
  • Bu gün, 11:56

    Vaşinqtondan Səudiyyə Ərəbistanı ilə bağlı qərar

    Amerikalı diplomatlara hava limanlarından istifadə üçün xüsusi icazə tələb olunur

    ABŞ Səudiyyə Ərəbistanında çalışan diplomatları üçün hava limanlarından istifadə ilə bağlı əlavə təhlükəsizlik məhdudiyyətləri tətbiq edib.

    ABŞ-nin Ər-Riyaddakı səfirliyinin yaydığı məlumata görə, qərar husilərin Səudiyyə Ərəbistanına hücumları fonunda qəbul edilib.

    Bundan sonra amerikalı dövlət qulluqçuları Dammam və Ciddə şəhərlərinin hava limanlarından istifadə etmək üçün xüsusi icazə almalıdırlar. ABŞ vətəndaşlarına isə uçuşlardan çəkinmək, avtomobil və ya qatarla hərəkət etmək tövsiyə edilib.

    Dövlət Departamenti daha əvvəl Ər-Riyadda yerləşən Kral Xalid adına Beynəlxalq Hava Limanından istifadə ilə bağlı da oxşar məhdudiyyət tətbiq etmişdi.

    Məlumata görə, son bir həftə ərzində husilərin Səudiyyə Ərəbistanında beş hava limanına hücumları 19 nəfərin ölümü və yüzlərlə insanın yaralanması ilə nəticələnib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR