AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp: Putinlə Zelenski arasındakı nifrət Ukrayna münaqişəsinin həllinə mane olur

  • + A
  • - A
  • Bu gün, 10:11

    Tramp: Putinlə Zelenski arasındakı nifrət Ukrayna münaqişəsinin həllinə mane olur


    Tramp: Putinlə Zelenski arasındakı nifrət Ukrayna münaqişəsinin həllinə mane olur

    ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında mövcud olan düşmənçilik Ukrayna münaqişəsinin nizamlanmasına maneə yaradır.

    Tramp bu barədə Ohayo ştatında keçirilən seçkiqabağı mitinqdə çıxışı zamanı danışıb.

    “Bu iki lider arasında güclü nifrət var”, – deyə ABŞ Prezidenti bildirib.

    Tramp bir daha vurğulayıb ki, münaqişə tərəfləri əslində hərbi əməliyyatları dayandırmaq istəsələr də, hələlik bunun yolunu tapa bilmirlər.

    “Düşünürəm ki, sonda bir həll yolu tapacağıq”, – deyə Donald Tramp qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR