AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ-də əyləncə parkında bir nəfər ölüb, bir neçə nəfər xəsarət alıb

  • + A
  • - A
  • Bu gün, 10:13

    ABŞ-də əyləncə parkında bir nəfər ölüb, bir neçə nəfər xəsarət alıb


    ABŞ-nin Corciya ştatında yerləşən Six Flags Over Georgia əyləncə parkındakı insident nəticəsində bir nəfər ölüb, bir neçə nəfər isə xəsarət alıb. Bu barədə CBS News məlumat yayıb.

    Polisin məlumatına görə, hadisə bazar ertəsi yerli vaxtla saat 16:00 radələrində baş verib. Ölən şəxsin kimliyi hələlik açıqlanmayıb.

    Polis hadisənin hansı attraksionda baş verdiyini dəqiqləşdirməsə də, CBS News Atlanta telekanalının çəkiliş qrupu parkdakı “Goliath” adlı dağ qatarının dayandığını qeydə alıb. Ziyarətçilər attraksionun ən yüksək nöqtəsindən qəza pilləkənləri vasitəsilə təxliyə ediliblər.

    Six Flags şirkətinin nümayəndələri baş verən hadisədən dərin kədər hissi keçirdiklərini və xəsarət alan ziyarətçilərə, eləcə də əməkdaşlara dəstək göstərdiklərini bildiriblər. Şirkət həmçinin araşdırma çərçivəsində yerli hakimiyyət orqanları ilə əməkdaşlıq etdiyini qeyd edib.

    Meyblton şəhərinin meri Maykl Ouens bildirib ki, şəhərin İctimai Təhlükəsizlik Departamenti Kobb dairəsinin polisi və əyləncə parkının rəhbərliyi ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir.

    2006-cı ildə istifadəyə verilən “Goliath” attraksionu parkın ən hündür dağ qatarıdır. Onun maksimal hündürlüyü 61 metr, eniş hündürlüyü isə 51,8 metrdir. Attraksion saatda 113 kilometrədək sürətlə hərəkət edə bilir.

    Hadisənin səbəbləri ilə bağlı araşdırma davam edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR