Roma Papası XIV Leo ağciyərindəki törəməyə görə əməliyyat olunacaq

Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo ağciyərindəki kiçik törəmənin çıxarılması üçün Romada yerləşən Aqostino Cemelli klinikasına yerləşdirilib. Bu barədə oktyabrın 13-də Müqəddəs Taxt-Tacın mətbuat xidməti rəsmi saytında məlumat yayıb.
Əməliyyatın gün ərzində keçirilməsi gözlənilir. “Messaggero” qəzetinin məlumatına görə, cərrahi müdaxilə minimal invaziv üsulla həyata keçiriləcək.
Məlumatda qeyd olunur ki, mümkün məlumat sızmalarının və kiberhücumların qarşısını almaq məqsədilə pontifikin tibbi məlumatları təxəllüs və ya xüsusi hərf-rəqəm kodu ilə qeydə alınacaq.
Proqnozlara əsasən, XIV Leonun bərpası təxminən bir həftə çəkə bilər. Bununla əlaqədar Vatikan oktyabrın 20-dək pontifikin iştirakı ilə keçirilməsi nəzərdə tutulan bütün tədbirləri ləğv edib.
Bununla belə, papanın noyabrın əvvəlində Uruqvay, Argentina və Peruya planlaşdırılan səfəri hələlik qüvvədə qalır.
Qeyd olunur ki, qarşıdakı cərrahi müdaxiləyə baxmayaraq, Roma Katolik Kilsəsinin rəhbərinin ümumi sağlamlıq vəziyyəti yaxşı qiymətləndirilir. XIV Leo fiziki aktivliyini qoruyur və idmanla məşğul olmağa davam edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.