ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Yunanıstandakı səfiri Kimberli Qilfoyldan istefa verməsini istəyib.
Azadmedia.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Keyti Zakaria brifinqdə deyib.
Qeyd edək ki, iddialara görə, ABŞ-ın Yunanıstandakı səfiri Kimberli Qilfoyl 2025-ci ildə səfir vəzifəsinə təsdiqlənməzdən əvvəl Trampın tərəfdarı və donor Erik Detersdən şəxsi “American Express” borcunu ödəmək üçün 100 min dollar istəyib. Bunun müqabilində ona Tramp administrasiyasının yüksək vəzifəli şəxslərinə çıxış imkanı vəd etdiyi bildirilir. Deters pulu ödəmədiyini deyir.
“The Wall Street Journal” qəzetinin məlumatına görə isə, Qilfoyl, qapalı görüşdə ABŞ-ın istəsə, Yunanıstanda da hökuməti dəyişdirə biləcəyini deyib. Bu sözlər Yunanıstan müxalifətinin etirazına səbəb olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.