AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paşinyandan sülh açıqlaması

  • + A
  • - A
  • Bu gün, 11:44

    Paşinyandan sülh açıqlaması

    Ermənistanın baş naziri Azərbaycanla münasibətlərdə ərazi, kommunikasiya və qarşılıqlı tələblərlə bağlı mövqeyini açıqlayıb.

    Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün əsas prinsipləri barədə fikirlərini açıqlayıb.

    Paşinyan bu barədə sosial şəbəkə hesablarında keçirdiyi canlı yayım zamanı danışıb.

    O bildirib ki, sülh sazişinin imzalanması nəticəsində Ermənistanın ərazisi 29 743 kvadratkilometr təşkil etməlidir.

    “Bundan başqa, sərhədin hər iki tərəfində anklavlar və eksklavlar olmamalıdır. Ermənistan və Azərbaycan müvafiq dəqiq ölçülərdə əraziləri mübadilə etməlidir”, – deyə Paşinyan qeyd edib.

    Baş nazir iki ölkə arasında bütün yolların və kommunikasiya xətlərinin açıq olmasının vacibliyini vurğulayıb.

    O, həmçinin Azərbaycan və Ermənistanın bir-birinə qarşı heç bir tələb irəli sürməməli olduğunu bildirib.

    “İrəvan və Bakı bir-birinə qarşı heç bir tələb irəli sürməməli və bütün məsələlərdə bir-birini rahat buraxmalıdır. Heç bir tələb, o cümlədən Qarabağ, Girdman, Şirvan, Naxçıvan və ya Qərbi Azərbaycan məntiqini əhatə edən tələblər olmamalıdır”, – deyə Paşinyan əlavə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR