AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Oman körfəzində izləmə sistemini söndürən tankerdə yanğın baş verib

  • + A
  • - A
  • Bu gün, 19:17

    Oman körfəzində izləmə sistemini söndürən tankerdə yanğın baş verib


    Oman körfəzində, Hörmüz boğazının şərqində yerləşən qadağan olunmuş ərazidən keçməyə cəhd edən neft tankerində yanğın baş verib. İran Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, gəmi hərəkətini izləyən sistemləri söndürdükdən sonra həmin ərazidən keçməyə çalışıb.

    Mehr agentliyinin İran Hərbi Dəniz Qüvvələrinin bəyanatına istinadən yaydığı məlumata görə, patrul bölmələri Hörmüz boğazının şərqində dəniz akvatoriyasına nəzarət zamanı tankeri aşkar ediblər. Gəminin izləmə sistemlərini söndürərək keçidi qadağan olunmuş zonaya daxil olduğu bildirilib.

    İranın hərbi qurumu hadisə ilə bağlı əlavə təfərrüat açıqlamayıb. Tankerin adı, hansı ölkəyə məxsus olduğu və yanğının başvermə səbəbi məlum deyil. Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı, eləcə də gəminin nə dərəcədə zərər gördüyü barədə də məlumat verilməyib.
    İran ordusu bəyan edib ki, Hörmüz boğazı İran silahlı qüvvələrinin və İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin tam nəzarəti və müşahidəsi altındadır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR