AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Pentaqon İranda məktəbə endirilən zərbə ilə bağlı hesabatı Konqres seçkilərinədək gecikdirə bilər

  • + A
  • - A
  • Bu gün, 19:22

    Pentaqon İranda məktəbə endirilən zərbə ilə bağlı hesabatı Konqres seçkilərinədək gecikdirə bilər


    Pentaqon İranda məktəbə endirilən zərbə ilə bağlı hesabatı Konqres seçkilərinədək gecikdirə bilər

    ABŞ Müdafiə Nazirliyi İranda, Minab şəhərində məktəbə endirilən zərbə ilə bağlı daxili araşdırmanın nəticələrini Konqresə keçiriləcək aralıq seçkilərdən sonraya saxlamağı planlaşdırır.

    “Bloomberg” agentliyi vəziyyətlə tanış olan mənbələrə istinadən xəbər verir ki, Pentaqon rəhbərliyi hesabatın açıqlanmasını ən azı aralıq seçkilərədək təxirə salmaq niyyətindədir.
    Mənbələrin məlumatına görə, ABŞ-ın müdafiə naziri Pit Heqsetin müşavirləri artıq bu plan barədə nazirliyin bəzi əməkdaşlarını məlumatlandırıblar.

    Məktəbə endirilən zərbə ilə bağlı araşdırma bir neçə aydır davam edir. Proses fonunda məsələ ətrafında siyasi təzyiqlərin də artdığı bildirilir.

    Bununla yanaşı, son aylarda mülki şəxslərin həlak olması ilə nəticələnən bir sıra digər insidentlər də diqqət mərkəzindədir.
    Qeyd edək ki, məlumat “Bloomberg”in vəziyyətlə tanış mənbələrə istinadən yaydığı xəbərə əsaslanır. Hesabatın açıqlanmasının təxirə salınması ilə bağlı planın rəsmi şəkildə təsdiqlənib-təsdiqlənmədiyi barədə məlumat verilmir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR