AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

BMT: İqlim dəyişikliyinin insan həyatına təsiri onilliklər boyu güclənəcək

  • + A
  • - A
  • Bu gün, 19:24

    BMT: İqlim dəyişikliyinin insan həyatına təsiri onilliklər boyu güclənəcək


    BMT: İqlim dəyişikliyinin insan həyatına təsiri onilliklər boyu güclənəcək

    Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmisi iqlim dəyişikliyinin insan həyatına təsirinin qarşıdakı onilliklərdə daha da güclənəcəyini və bunun biomüxtəliflik üçün ciddi nəticələrə səbəb olacağını bildirib.

    BMT baş katibinin müavini, BMT-nin Ətraf Mühit Proqramının icraçı direktoru İnqer Andersen bu barədə oktyabrın 15-də İrəvanda keçirilən mətbuat konfransında danışıb.
    Onun sözlərinə görə, təbiət üçün yaranan risklər ərzaq təhlükəsizliyi, su ehtiyatları, səhiyyə, energetika və insanların dolanışığı da daxil olmaqla, həyatın müxtəlif sahələrinə təsir göstərir.
    Andersen vurğulayıb ki, iqlim dəyişikliyi, biomüxtəliflik, insan sağlamlığı və rifahı arasında sıx əlaqə mövcuddur. Buna görə də ekoloji problemlərə ayrı-ayrı məsələlər kimi deyil, vahid sistem çərçivəsində yanaşmaq vacibdir.

    BMT rəsmisi bu sahədə tədbirlərin sürətləndirilməsinin, beynəlxalq ekoloji sazişlərin ümumi məqsədlərə uyğun şəkildə əlaqələndirilməsinin zəruriliyini qeyd edib. O, milli səviyyədə koordinasiya və əməkdaşlığın gücləndirilməsinin, cəmiyyətin bütün təbəqələrinin prosesə cəlb edilməsinin, eləcə də maliyyə imkanlarından daha səmərəli istifadə olunmasının əhəmiyyətini vurğulayıb.

    Andersenin sözlərinə görə, təbiətin mühafizəsinə ayrılan maliyyənin artırılması həlledici əhəmiyyət daşıyır. O bildirib ki, Monrealda əldə olunan razılaşmalara əsasən, Qlobal Biomüxtəliflik Çərçivə Proqramı çərçivəsində hər il 200 milyard dollar vəsaitin səfərbər edilməsi nəzərdə tutulur.

    Bununla belə, BMT rəsmisi diqqətə çatdırıb ki, hazırda təbiətin qorunmasına yatırılan hər bir dollar müqabilində onun məhvinə 30 dollar xərclənir.

    Andersen qeyd edib ki, Qlobal Biomüxtəliflik Çərçivə Proqramı biomüxtəlifliyin itirilməsini dayandırmaq və bu prosesi geriyə çevirmək, eləcə də daha dayanıqlı dünya qurmaq üçün mühüm imkan yaradır.
    O, gələn həftə Ermənistanın ev sahibliyi ilə COP17 konfransının işə başlayacağını da bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR