AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yunanıstanın Rodos adasında sel faciəsi: 25 yaşlı kişi avtomobili ilə birlikdə dənizə sürüklənərək həlak olub

  • + A
  • - A
  • Bu gün, 19:48

    Yunanıstanın Rodos adasında sel faciəsi: 25 yaşlı kişi avtomobili ilə birlikdə dənizə sürüklənərək həlak olub



    Yunanıstanın Rodos adasında sel faciəsi: 25 yaşlı kişi avtomobili ilə birlikdə dənizə sürüklənərək həlak olub

    Yunanıstanın Rodos adasında güclü yağışların səbəb olduğu sel nəticəsində 25 yaşlı kişi həyatını itirib. Onun avtomobili güclü su axını ilə dənizə sürüklənib. Bu barədə “Kathimerini” nəşri məlumat yayıb.

    Şiddətli leysan adada genişmiqyaslı daşqınlara səbəb olub, nəqliyyatın hərəkətini iflic edib. Təhlükəsizlik məqsədilə bir sıra yollar bağlanıb.
    Yunanıstan Sahil Mühafizəsinin məlumatına görə, kişinin meyiti adanın şərq sahilində, Arxangelos kəndi yaxınlığındakı Steqna çimərliyində, dənizdə aşkarlanıb. Hadisə zamanı sel suları ümumilikdə dörd avtomobili dənizə aparıb. Əraziyə xilasedicilər, polis əməkdaşları və tibbi yardım briqadaları cəlb olunub.
    Yerli KİV-in məlumatına əsasən, həlak olan şəxs otellərin birində işləyirmiş. O, avtomobilini götürmək üçün yola çıxıb, lakin qəfil başlayan güclü su axını avtomobili dənizə sürükləyib. Kişi avtomobildən çıxa bilməyib.

    Təbii fəlakət nəticəsində adanın bir sıra yolları su altında qalıb, bəzi avtomobillər daşqın sularında hərəkətsiz vəziyyətdə qalıb. Arxangelos və Malonas yaşayış məntəqələrini birləşdirən yol isə iri qayanın düşməsi nəticəsində bağlanıb. Qaya yol örtüyünə və qoruyucu baryerlərə ziyan vurub.

    Bundan əlavə, bəzi avtobus marşrutlarının fəaliyyəti dayandırılıb, məktəblər və bələdiyyəyə məxsus idman obyektləri bağlanıb.
    Afina Milli Rəsədxanasının Rodosdakı meteoroloji stansiyasının məlumatına görə, çərşənbə günü günortaya qədər adada 264 millimetr yağıntı qeydə alınıb. Bunun 202 millimetri təxminən altı saat yarım ərzində düşüb.

    Rodosun meri Aleksandros Koliadis sakinləri zəruri olmayan səfərlərdən çəkinməyə çağırıb. O, həmçinin avtomobillə və ya piyada su basmış yollardan, eləcə də güclü su axınlarından keçməyin ciddi təhlükə yaratdığı barədə xəbərdarlıq edib.
    Yerli hakimiyyət orqanları da əhaliyə təcili xəbərdarlıq göndərərək hərəkətin mümkün qədər məhdudlaşdırılmasını tövsiyə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR