AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fransa XİN rəhbəri: Avropa Ukraynaya kəşfiyyat məlumatlarının üçdə ikisini təqdim edir

  • + A
  • - A
  • Bu gün, 19:51

    Fransa XİN rəhbəri: Avropa Ukraynaya kəşfiyyat məlumatlarının üçdə ikisini təqdim edir


    Fransa XİN rəhbəri: Avropa Ukraynaya kəşfiyyat məlumatlarının üçdə ikisini təqdim edir

    Fransanın xarici işlər naziri Jan-Noel Barro Avropanın Ukraynaya dəstəyin əsas hissəsini artıq öz üzərinə götürdüyünü bildirib. O, bu barədə oktyabrın 15-də “France Inter” radiosuna müsahibəsində danışıb.

    Nazir İlon Maskın “Starlink” peyk rabitə şəbəkəsinə Ukrayna hərbçilərinin çıxışının məhdudlaşdırılması ilə bağlı vəziyyəti şərh edərkən Avropa ölkələrinin Ukraynaya təqdim etdiyi kəşfiyyat məlumatlarının ümumi həcminin üçdə ikisini təmin etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu prosesdə Fransanın da mühüm rolu var.

    Qeyd edək ki, “Starlink” Ukrayna hərbçiləri tərəfindən döyüş meydanında rabitənin təmin edilməsi və pilotsuz uçuş aparatlarının ələ keçirilməsi ilə bağlı əməliyyatlarda istifadə olunur. Şəbəkəyə çıxışın məhdudlaşdırılması isə bəzi hərbi bölmələrin fəaliyyətini və hava hücumundan müdafiə sistemlərinin işini çətinləşdirir.
    “Vladimir Putinin təbliğatının bizə sirayət etməsinə imkan verməyəcəyik”, – deyə Barro bildirib.

    Fransalı nazir qeyd edib ki, müharibə başlayandan bəri Ukraynanın tezliklə məğlub olacağı və ABŞ-ın dəstəyini dayandıracağı barədə dəfələrlə proqnozlar səsləndirilib. Onun fikrincə, Kreml və onun tərəfdarları tərəfindən, o cümlədən sosial şəbəkələrdə yayılan bu cür bəyanatlar ukraynalıların və avropalıların müqaviməti davam etdirmək əzmini zəiflətməyə yönəlib.

    Barro vurğulayıb ki, qarşıdurma yalnız döyüş meydanında deyil, informasiya məkanında da davam edir. O, Avropanın Kiyevə dəstəyini qoruyub saxlamasının və Ukraynanın mübarizəni davam etdirmək imkanlarına inamı sarsıtmağa yönələn cəhdlərə qarşı çıxmasının vacibliyini qeyd edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR