AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər

  • + A
  • - A
  • Bu gün, 20:30

    Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər

    Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər.

    Azadmedia.az Qırğızıstan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu məsələ ölkənin lideri Sadır Japarovun Ermənistan Prezidenti Vaaqn Xaçaturyanla görüşündə müzakirə olunub.

    Görüş zamanı tərəflər iqtisadiyyat, investisiya, nəqliyyat, kənd təsərrüfatı, informasiya texnologiyaları, təhsil və turizm sahələrində əməkdaşlığın perspektivlərini dəyərləndiriblər.

    Məlumatda bildirilib ki, prezidentlər informasiya texnologiyaları sahəsində qarşılıqlı əlaqələrin inkişafı və süni intellekt sahəsində birgə müəssisə yaradılması təşəbbüsünün işlənib hazırlanması imkanını vurğulayıblar.

    "Japarov hazırkı səfərin Qırğızıstan rəhbərinin Ermənistana tarixində ilk rəsmi səfəri olduğunu vurğulayıb və bunun ikitərəfli münasibətlərin inkişafına yeni təkan verəcəyinə əmin olduğumu deyib", - mətbuat xidmətindən qeyd olunub.

    Bundan əlavə, Japarov Ermənistan Prezidenti Xaçaturyanı Qırğızıstana rəsmi səfərə dəvət edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR