ABŞ tərəfi Rusiyaya qarşı sanksiyaların yumşaldılması üzrə fəaliyyətini davam etdirəcək.
Bunu Prezident Volodimir Zelenski bildirib.
"Təəssüf ki, sanksiyaların götürülməsi davam edəcək. Hesab edirəm ki, bu çərçkivədə "diesel deal" (dizel sazişi, red.) – ilk addımdır", - o bildirib.
V.Zelenski həmçinin ümid edib ki, ABŞ Prezidenti Donald Tramp Şərqi Avropada davam edən münaqişəni dayandırmaq üçün Rusiyaya təzyiq göstərməyə davam edəcək.
Qeyd edək ki, oktyabrın 9-da ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığının yekunlarına əsasən razılıq əldə olunub və bu razılığa uyğun olaraq, Rusiya ABŞ və dünya bazarlarına dizel yanacağı partiyalarını tədarük etməyi öhdəsinə götürüb: oktyabrda 300 min tondan çox, noyabrda 500 min ton, bundan dərhal sonra 1 milyon ton və gələcəkdə 3–4,8 milyon tona (Rusiya neft emalı zavodlarının vəziyyətindən asılı olaraq) qədər.
Öz növbəsində, ABŞ Maliyyə Nazirliyi Rusiya dizelinə qarşı sanksiyaları 2027-ci il aprelin 7-nə qədər dayandıran ümumi lisenziya verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.