AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zelenski: Avropa ölkələri "Starlink"ə alternativlər hazırlayırlar

  • + A
  • - A
  • Bu gün, 17:58

    Zelenski: Avropa ölkələri "Starlink"ə alternativlər hazırlayırlar

    Avropa ölkələri "Starlink" peyk rabitəsi sisteminin Ukraynada fəaliyyətinə məhdudiyyətlər tətbiq edildikdən sonra ona alternativlərin hazırlanmasını aktivləşdiriblər.

    Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərin suallarını cavablandırarkən bildirib.

    Onun sözlərinə görə, "Starlink" terminallarının iş sürətinin məhdudlaşdırılması Avropa dövlətlərinə peyk rabitəsi sahəsində ABŞ-nin qərarlarından asılı olduqlarını nümayiş etdirib.

    V.Zelenski qeyd edib ki, Vaşinqton mövcud razılaşmalardan və müqavilələrdən asılı olmayaraq sistemin işini məhdudlaşdırmaq imkanına malikdir, bu da həmin texnologiyadan istifadə edən ölkələrin təhlükəsizliyi üçün risklər yaradır.

    "Bütün Avropa gördü ki, razılaşmalardan və müqavilələrdən asılı olmayaraq, "Starlink"in sürətini ABŞ-dən tənzimləmək, məhdudlaşdırmaq mümkündür", - o bildirib.

    Ukrayna Prezidenti vurğulayıb ki, Avropa dövlətləri artıq "Starlink"in öz analoqlarının yaradılması üzərində işləyirlər, lakin bu işlərdə məhz hansı ölkələrin iştirak etdiyini və layihələrin hansı mərhələdə olduğunu dəqiqləşdirməyib.

    Bununla yanaşı, Zelenski bu təşəbbüslərin uğurla həyata keçiriləcəyinə əminliyini ifadə edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR