Latviyada Ermənistan mənşəli yaşıl çayla bağlı qərar

Latviyanın Qida və Baytarlıq Xidməti Ermənistandan gətirilən yaşıl çay partiyasının Avropa İttifaqına idxalını qadağan edib.
PVD-nin məlumatına görə, çəkisi 57,6 kiloqram olan məhsulun laboratoriya müayinəsi zamanı tolfenpirad pestisidinin qalıqları aşkarlanıb. Həmin maddənin Avropa İttifaqında istifadəsinə icazə verilmir.
Bununla yanaşı, çayda lambda-sihalotrin və tiametoksam pestisidlərinin miqdarının da normadan artıq olduğu müəyyən edilib.
Nəticədə 8810 nömrəli partiyanın Aİ ərazisinə daxil olmasına və bazara çıxarılmasına icazə verilməyib. Məhsulun məhv edilməsi və ya Avropa İttifaqından kənar başqa bir ölkəyə göndərilməsi nəzərdə tutulur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.